Bəzən elə layihələr olur ki, o, sadəcə kreativ yanaşma yox daha fərqli emosialar, daha fəqrli duyğular və cəmiyyətə faydalı mesajlar qatmaq məcburiyyəti hiss etdirir. Bu kimi layihələrdən biri də Durex AZ brendinin sosial media marketinqi idi. Bir çox reklam agentliyinin bu səhifə keşkə məndə olsaydı dedikləri işlərdən idi 😄 Bu elə bir iş idi ki, məhsulu buraxın özü danışsın. Nə qədər fərqli, əyləncəli kontentlər yaratmaq demək idi. Bunlar bu məhsulun özündə var idi. Amma biz məsələyə daha fərqli yanaşmalıydıq. Cəmiyyətə bu məhsulun nə üçün istifadə edilməsi lazım olduğunu vurğulayaraq, maarifləndirmək missiyasını da üstlənmişdik. Cinsi xəstəliklərdən qorunmaq, abort mövzularını fərqli müstəvidə izah etmək fürsəti keçmişdi əlimizə və biz bunu edə bildik.
© 2019 - MAXCREATIVE Bütün hüquqlar qorunur.