Mənim qəhramanım

Şokki Mokki brendi səhər yeməklərinin əvəzsiz dadlarından biridir. Agentliyimizə şokolad yağının sadəcə səhər yeməklərində deyil müxtəlif şirniyyatlar üçün də istifadəsinin yayqınlaşdırılmasının istənildiyi ilə bağlı brief daxil oldu. Kreativ mərhələ üçün araşdırma mərhələsində müşahidələrimiz bunu deməyə əsas gətirdi ki, insanları xoşbəxt edən davranışlardan biri də dadlı təamlardır. Bu təamları hər bir Azərbaycanlı ailəsində böyük faizdə ərsəyə gətirən qadınlar olur. İnsanlara təsir etmək üçün siz onlar üçün maraqlı təamlar hazırlayın beləliklə onların qəhramanına çeviriləcəksiniz. Burdan yola çıxaraq "Mənim qəhramanım" kreativini yaratdıq. Vurğu etdiyimiz dadlı teamları hazırlayan insanların sirri olan, ona dad verən Şokki Mokki şokolad yağı idi. Kommunikasiya vizualında marka maskotu olan pandanı qəhraman görüntüsündə istifadə etdik.