Arzunu Paylaş

Tərəfdaşlıq etdiyimiz bütün markalar üçün hər zaman bir dəyər yaratmağa çalışırıq. Ümumiyyətlə də bu işdə çox yaxşıyıq. Bu nümunələrdən biri də tərəfdaşlıq etdiyimiz müddət ərzində fərqlilik ortaya qoyduğumuz markalardan biri də Embawood oldu. Markanın əsas seçici qüvvəsi olan qadınlar üçün 8 mart "Beynəlxalq Qadınlar Günü"nə özəl bir yanaşma sərgiləmək fikrini markaya təqdim etdik. Reklam bazarında monotonluqdan bezən sifarişçi şirkətlər üçün bu kimi təkliflər göydən düşmə olur. Marka bizimlə razılaşdı və Embawood üçün "Arzunu Paylaş" interaktiv layihəsini reallaşdırdıq. Bunun üçün bir tətbiqetmə hazırladıq. Facebook istifadəçiləri tətbiqetməyə daxil olaraq seçdikləri 3 xanıma təbrik ünvanlayırdılar. Hər bir təbrikin alt qismində Embawood markasının loqosu əks olunur. Bunu da qeyd etmədən keçmək olmaz, biz yerli bazarda ilk dəfə istifadəçilərə mətn təbrikini hazırladığımız video rolikin içinə qeyd edərək göndərmək fürsətini təqdim etdik. Belə bir özəl və gözəl gündə insanların üzündə yaratdığımız gülüş onların qəlblərini bir daha fəth etmək üçün əla fürsət oldu. Bu haqqda Mak.az portalı da paylaşdı: https://bit.ly/3B3Ya7P