Dəm dəstgah açmaq hər hansı bir hadisəni dəbdəbəli formada reallaşdırmaq mənasını özündə əks etdirir. Xalqımızın məişətində çay süfrəsi arxasında müxtəlif mərasimlərin təşkili özünəməxsus yer tutur. Çay dəstgahı adlandırdığımız bu cür mərasimlər həm də milli adət-ənənəmizə çevirilib. Çay dəstgahı özlüyündə çay içmə mərasiminin dəbdəbəli, təmtərahlı halda təqdimat mənasını özündə əks etdirir. Tizerin kreativ konseptini yaradarkən həm brendin təbiətinin əksini həm də fərqli yerlərə yönləndirə bilmə xüsusiyyətinin olmasını əsas aldıq. Konseptin fərqli yerlərə yönləndirilə bilinməsi istifadəçilərin brend haqqında hər hansı bir informasiyanı ala bilməmələrini təmin edəcəkdi. Konseptin vizuallaşdırmasında istifadə etdiyimiz stil üçün məhsulumuzun üzərində olan stildən bəhrələndik. Çay dəstgahı ritualının xalqımızın mədəni irsi olmasından yola çıxdıq. Əsas məqsədimiz istifadəçilərə brend təbiəti haqqında məlumat verməməyə çalışmaq olduğu üçün yuxarıda sadaladığımız versiyaları təmtaraqlı, dəbdəbəli qurulan və 19-cu əsrə uyğun obrazlaşdırılan 2 xanım, 2 bəyin əks olunduğu süfrə vizuallaşdırıldı. Tizer kampaniyası müddətində istifadəçilərin diqqətini çəkmək və qarşılıqlı əlaqə yaratmağı planlaşdırdıq. İstifadəçilərlə çox yaxşı interaction yaradacağına əmin olduğumuz Instagram AR filteri yaratdıq. Vizual konseptdə istifadə etdiyimiz obrazların detallarını Instagram AR filterinə adaptasiyasa etdik. Kişi istifadəçiləri üçün milli papaq, qadınlarda üçün kələğayı filterlərini hazırladıq. İstifadəçilərdə maraq yaratmaq üçün mükafat qoyduq. Bunun üçün iştirakçılar filter istifadə edilmiş fotolarını scrn edib qurulmuş tizer səhifəsinin inboxuna göndərdilər. Layihənin nəticəsində 20 nəfərə məzmuna uyğun hədiyyələr təqdim edildi. Həmçinin kampaniyanın əhatə dairəsini artırmaq üçün Influencer marketinqdən istifadə edildi.
© 2019 - MAXCREATIVE Bütün hüquqlar qorunur.