Çaymatik

Çay insanlarımız üçün bir dəyərdir. Çay içmək xalqımızın köhnə alışqanlıqlarındandır. İnsanlarımızın çay içmək anları dəyişir. Sevinəndə, kədərlənəndə, müvəffəq olanda, bəzən alınmayanda çay bizim hər anımıza şərik olur. Həyatımızdakı hər bir anın üzümüzdə əks etdirdiyi bir ifadə var. “Yaşadığınız həzzin üzünüzdəki ifadəsi” kreativini Veyseloglu Group of Companies Private Label kateqoriyasına aid Tabassum Tea məhsulunun tanıtımına daha faydalı olması üçün planlaşdırdığımız yöndə istifadə etdik.. Belə ki, insanların rahat formada yaxınlaşaraq Tabassum çayımızı dada biləcəkləri innovativ bir texnoloji məhsul yaratdıq və Çaymatik adlandırdıq. Məhsulda bütün prosesi idarə etmək üçün xüsusi texnologiyadan istifadə edildi. İstehlakçı xüsusi app’in mövcud olduğu ekrana klik edərək öz şəklini çəkir. Bu zaman paralel olaraq həm printer texnologiyası aktivləşərək fotonun istehsalına başlayır həm də sensor aktivləşərək çayın süzülməsini təmin edir.