Bu səfər ki, veb sayt layihəmiz dünyanın nömrə 1 çap avadanlıqlarının istehsalatını edən Roland DG’nin Azərbaycanda rəsmi tərəfdaşı olan MC Union şirkətinə məxsusdur. Layihənin strategiyasını hazırladığımız zaman şirkətin əsasən böyük çap avadanlıqlarının satışına üstünlük verdiyini və satışda da B2B metodunu istifadə etdiyini analiz etdik. Amma avadanlıqlar arasında müxtəlif kiçik məhsullar üzərinə çaplar həmçinin mobil aksesuarların örtüklərinin üzərinə bir başa çap üçün də seçimlər mövcud idi. Şirkət bunların satışında bir o qədər də maraqlı deyildi. Amma araşdırmamız zamanı aydın oldu ki, şəxsi biznesini qurmaq istəyən və bunun üçün müəyyən qədər maliyyə vəsaiti toplayan insanların bu kimi məhsulları almağa maraqları var. Və burdan yola çıxaraq saytın kontent strategiyasını hər iki tərəf yəni həm böyük çap avadanlıqları haqqında info almaq istəyən alıcıları həm də digər məhsullara ehtiyacı olan alıcıları əhatə edəcək formada qurduq. İkinci auditoriya üçün ‘Xəyallarınızdakı tətbiq üçün fürsətləri önünüzə səririk’ deyərək tamamilə tətqbiq sahələrinə aid fotoları göstərərək onların diqqətini çəkməyə çalışdıq.
© 2019 - MAXCREATIVE Bütün hüquqlar qorunur.