Müştərilərimiz üçün məhsullarının fərqli formada təqdimatını həyata keçirmək məqsədilə müxtəlif platformalar üzərindən maraqlı oyunlar hazırlayırıq. Bizə görə bir mənalı olaraq oyunlar fərqli sahələrdə istifadəçilərlə emosional bağlılıq qurmaq üçün mükəmməl vasitədir. Kütləyə təsir, sıxıcılıqdan uzaq əyləncəli aktivlik yaratmaq əsas motivasiya qaynağımızdır. Bu səfər də marka bazında fərqli layihələr ortaya qoyduğumuz Zeytun Bağları üçün market daxilində ziyarətçiləri həyəcanlandırmağa çalışdıq. Azərbaycanda ilk dəfə market daxilində yeni nəsil texnologiyanı istifadə etməklə interaktiv yaratmağa nail olduq. Marka üçün “Zeytun Topla” oyunu hazırladıq. Oyun uzaqdan idarə prinsipi ilə çalışırdı. İştirakçının etməsi gərəkən isə uzaqdan idarə ilə ağaclardan düşən zeytunları səbətə yığmaq idi. Oyun mağaza ziyarətçilərinin ciddi marağına səbəb oldu və çox sayda insan tərəfindən oynandı. Kifayət qədər zeytun toplayan iştirakçılar 250, 500, 750 milli və 1 litr "Zeytun Bağları" zeytun yağı hədiyyə qazandılar və xoşbəxt formada evlərinə yollandılar.
© 2019 - MAXCREATIVE Bütün hüquqlar qorunur.