Mobil tətbiq və veb sayt hazırlığında Süni intellekt köməkçimizdir, yoxsa risk?

Sep 22, 2025

Sep 22, 2025

suni-intelekt-veb-sayt
suni-intelekt-veb-sayt

Süni intellekt veb sayt və mobil tətbiq hazırlığında bizə necə təsir edir?

Son illərdə AI-powered builderno-code platformaları veb sayt və mobil tətbiqlərin hazırlanması prosesini hər zamankından daha əlçatan edib. Bu gün istənilən sahibkar və ya rəqəmsal marketinq meneceri sadə addımlarla bir veb sayt və ya hətta mobil app yarada bilir.

Bəs sual budur: hər kəs veb sayt və mobil tətbiq yarada bildiyi halda peşəkar rəqəmsal məhsul hazırlayanlarla fərq nədədir?

Standart məhsulmu, dəyərli məhsulmu?

No-code və AI-powered builder alətləri ilə hazırlanan saytlar və tətbiqlər çox vaxt müəyyən standart çərçivələrdə qalır. Dizayn şablonları oxşar olur, funksionallıq isə məhdudiyyətli görünür. Bunun səbəbi isə alətlərin zəifliyi deyil, onları istifadə edənlərin peşəkar bilik və təcrübəsinin çatışmamasıdır. Əgər bu alətlərdən sadəcə “şablon” səviyyəsində istifadə olunursa, nəticə də şablon olur.

Amma işin mütəxəssisi üçün No-code və AI-powered builder sadəcə məhdud bir platforma deyil, əksinə, standartların kənarına çıxmağa imkan verən güclü bir vasitədir. Burada fərqi yaradan alətin özü deyil, ondan istifadə edən komandanın yaradıcılığı və strateji baxışıdır.

Əslində isə rəqəmsal məhsulun dəyəri yalnız vizual görünüşdən ibarət deyil. O məhsul uzun müddətdə:

  • şirkətin satışlarını artırmalıdır,

  • 24/7 virtual ofis rolunu oynamalıdır,

  • müştəri ilə əlaqəni gücləndirməlidir.

Əgər bu yoxdursa, sadəcə “bir veb sayt” və ya “bir app” yaratmaq heç bir real nəticə verməyəcək.

Süni intellekt bizə kömək edir, yoxsa zərər vurur?

Əksər şirkətlər süni intellekt vasitəsilə sosial media postları və ya kontentlər hazırlamağa çalışır. Amma nəticədə ortaya çox vaxt gülünc və standart məhsullar çıxır. Bunun səbəbi sadədir: Süni intellekt özü yaradıcı deyil, o sadəcə verilən bilikləri və məlumatları emal edir.

Əgər işi bilən peşəkar yoxdursa, süni intellekt sizə “orta səviyyə” bir nəticə verəcək. Amma işi bilən peşəkar varsa, süni intellekt onun işini sürətləndirən və daha məhsuldar edən köməkçi rolunda çıxış edir.

Yəni süni intellekt bizə zərər deyil, doğru istifadə olunduqda daha az vaxt və daha çox dəyər qazandırır.

Məhsul yox, dəyər yaratmaq

MaxCreative olaraq biz artıq uzun müddətdir ki, müştərilərimiz üçün sadəcə “veb sayt” və ya “mobil app” hazırlamırıq. Bizim əsas hədəfimiz müştəri üçün dəyərli bir rəqəmsal məhsul yaratmaqdır.

Bu yanaşma bizə imkan verir ki:

  • layihə yalnız texniki baxımdan deyil, həm də strateji baxımdan faydalı olsun,

  • uzunmüddətli marketinq hədəflərinə xidmət etsin,

  • istifadəçi üçün təcrübə (UX) baxımından rahatlıq yaratsın.

Süni intellekt isə bu prosesdə qarşımızda deyil, yanımızda duran bir köməkçi kimi işləyir.

Nəticə

Süni intellekt işimizi asanlaşdırır. Amma peşəkar bilik olmadan, bu alətlər heç vaxt real biznes dəyəri yaratmır.

Əgər siz də şirkətiniz üçün veb sayt hazırlanması, mobil tətbiqlərin hazırlanması və ya daha geniş mənada rəqəmsal məhsulun qurulması barədə düşünürsünüzsə, ilk sualınız bu olmalıdır:

👉 Mən sadəcə bir sayt istəyirəm, yoxsa biznesim üçün dəyərli rəqəmsal məhsul?

Create a free website with Framer, the website builder loved by startups, designers and agencies.

MaxCreative Rəqəmsal Həllər Sürətli Əlaqə