Bazarın lider zeytun yağı markası Zeytun Bağları üçün hazırladığımız veb sayt məhsulların çeşidlərini və xüsusiyyətlərini vizual olaraq təqdim edərək istifadəçilərin məlumat əldə etməsini asanlaşdırdı. Həmçinin, reseptlər bölməsi vasitəsilə zeytun yağı ilə sağlam yeməklərin hazırlanmasına dair təcrübələr paylaşıldı. Brendin yenilikləri və xəbərləri ilə bağlı bölmələr də istifadəçilərə daha yaxın ünsiyyət imkanı yaratdı.