MaxCreative olaraq Zeytun Bağları brendi üçün “Sağlam Yaşa” adlı oyun layihəsi hazırladıq. Konseptin məqsədi insanları zərərli qidalardan uzaqlaşdırmaq və zeytun yağının istifadəsini təşviq edərək sağlam həyata çağırış etmək idi. Pac-Man oyunundan ilhamlanan layihədə obraz fast food simvollarından qaçaraq zeytun toplamalı idi. Hər mərhələdə istifadəçilərə sağlam həyata dair məlumatlandırıcı mesajlar təqdim olunurdu.