Zeytun Bağları brendi üçün Sağlam Azərbaycan Festivalı çərçivəsində interaktiv chatbot layihəsi hazırladıq. Layihənin məqsədi ziyarətçilərə müsabiqə imkanları yaratmaq və brendlə bağlı təcrübəni rəqəmsal kanallara inteqrasiya etmək idi. İştirakçılar stenddən skretch kartı əldə edir, kartdakı kodu Facebook Messenger üzərindən xüsusi chatbota daxil edirdilər. Nəticədə onlar ya hədiyyə qazanır, ya da sağlam həyat tərzinə motivasiya edən mesajlarla qarşılaşırdılar.