EYNILƏŞDIR, QALIB OL!

Hell Energy Drink bazara daxil olması ilə daha çox lüks seqment olan enerji içki bazarını bütün qruplara yaymağı bacardı. Gənclərin sevimlisi olan marka müxtəlif vaxtlarda fərqli aktivliklər edərək marka bilinirliyini daha da artırdı. Əsasən də rəqəmsal marketing kanallarda aktiv bir izləyici kütləsinə sahib olan marka öz kütləsini daima yeniliklərlə sevindirir və mükafatlandırırdı. Biz də bu markanın müxtəlif aktivliklərində iştirak edən bir şirkət olaraq birlikdə maraqlı bir yol qət etdik. "Eyniləşdir, Qalib ol, Yeni ilini Gürcüstanda keçir" brendləşmiş oyunu hazırlayaraq həyəcanı daha da artırdıq. Hell Energy Drink ilə yeyilə biləcək məhsulların eyniləşdirməklə top siyahıya düşməyə çalışan iştirakçılarla həyəcanlı bir layihə keçirildi. Bu haqqda Mak.az portalı da yazdı: https://bit.ly/3zhGPpS