Corella brendi tərəfindən agentliyimizə rəqəmsal marketinq kanallarının idarə edilməsi ilə bağlı tapşırıq gələndə proses sadəcə məhsul çeşidlərinin korporativ səhifələrində paylaşımından ibarət idi. Azərbaycan inşaat bazarında seçimlər əsasən ustalar və satıcılar tərəfindən təyin edilir. Mass media kanalları isə əsasən son istehlakçılar üçün nəzərdə tutulur. Biz bu mərhələni daha stratejik seviyyədə planlaşdırdıq və bütün işləri son istehlakçıların boya seçimində qərar vermə səviyyəsini artırmaq üçün etdik. İnsanların rənglərin ahəngi, boya seçərkən diqqət ediləcək mövzular, özlərinin boyamaları, üçün məlumatlar ötürdük. Bazar alışqanlıqlarını dəyişdirmək çətindir və biz agentlik olaraq bu uzun müddətli işdə müştərimizin hər bir mənada qazanclı çıxmasını təmin etmək üçün çalışırıq.
© 2019 - MAXCREATIVE Bütün hüquqlar qorunur.