Bakıya Özdilek gəlir!

Türkiyənin ən məşhur tekstil brendi olan Özdilek Tekstil'in Azərbaycan filialı üçün açılış müddətinə qədər aparılan çox kanallı marketinq işləri: İşin birinci fazasında "Bakıya Özdilek gəlir!" lead generation kampaniya ideyası hazırlandı və icrası www.ozdileksevindirir.com landing page üzərindən aparıldı. Display ads və Youtube preroll vasitəsilə kampaniya dəstəkləndi. Bununla yanaşı istehlakçılara facebook və instagram sosial media kanallarında brend və məhsullar haqqında video, gif və statik vizuallar vasitəsilə informasiyalar ötürüldü. Açılış günü foto çəkiliş dəstəyi də tərəfimizdən təmin edildi: http://bit.ly/35pXpGv