Balaca Mühəndislər

Məlum məsələdir ki, millət olaraq zeytun yağı istehlakında bir o qədər maraqlı deyilik. İstifadə edənlər əsasən həkim tövsiyyəsi ilə və ya idmanla məşğul olanlardır. Qərara gəldik ki, bu alışqanlığı övladlarımızdan başlayaraq daha uzun müddətli strategiya olaraq görək. Fikrimizi markaya nəzarət edən məsul şəxslərlə bölüşdük və müsbət reaksiya aldıq. Və beləliklə Zeytun Bağları brendi üçün "Balaca Mühəndislər" oyununu hazırladıq. Uşaqlar şəhərimizin müxtəli yerlərində periodlarla yerləşdirilən oyun stendinə yaxınlaşaraq zeytun yağlarının istehsal prosesinə qədər bütün mərhələlərini verilən tapşırıq əsasında yerinə yetirdilər və bizdən müxtəlif hədiyyələr qazandılar. Həmçinin kampaniya üçün xüsusi hazırlanmış zeytun yağları ilə hazırlana biləcək yeməklərdən ibarət olan menyunu övladlarının sağlamlığını düşünən valideynlərə təqdim etdik..