DANIŞAN HEYVANLAR

Məhsul qablaşdırması istehlakçının diqqətini çəkmək və alacağı məhsulu daha yaxşı mənimsəməsi üçün ən vacib detallardan biridir. Leylək Uşaq Bezlərinin yeni paketlərinin dizaynının hazırlanması ilə bağlı bizə sorğu daxil olanda, bu bizi çox sevindirmişdi. Çünki biz orda bir yenilik edə biləcəkdik. Kreativ hazırlanma mərhələsində müxtəlif araşdırmalar apardıq və datalar topladıq. Bir çox mövqelər oldu və üzərində durduğumuz kreativ isə paketlər üzərində bezimizin texniki, fiziki və psixoloji faydalarını maraqlı heyvanlarla obrazlaşdıraq və onların nə dediklərinə qulaq verək. Və beləliklə "Danışan Heyvanlar" konseptini yaradaraq paket dizaynına tətbiq etdik.