City Taxi

Böyük brendləri portfolioya qatmaq müvəffəqiyyətdir, inkişaf etməkdə olan brendlərlə işləmək isə həm cəsarət həm də istedad tələb edir. Belə markalarla işləmək agentlik üçün daha fərqli təcrübələr deməkdir. Bazarda belə brendlərdən biri də City Taxi idi. Taksi bazarında zənglə sifariş yanaşmasının yeni dövrlərində insanlara belə bir xidməti izah etmək, agentliyimiz üçün maraqlı olduğu kimi bir o qədər də maneələrlə dolu bir yol idi. Şirkətin bazar üçün etmək istədikləri həmlələri bu xidmətə aşina olmayan, ənənəvi formada taksi xidmətindən istifadəyə öyrəşən insanlara çatdırmaq sadəcə kreativ yox stratejik yanaşma da tələb edirdi. Yola çıxarkən izlədiyimiz strategiya, ənənəvi taksi xidmətindən istifadə zamanı qarşılaşılan çətinliklər, hər taksi sürücüsü tərəfindən şəxsinə uyğun təyin edilən gediş haqqları, taksi gözləyərkən yollarda itirilən zaman, hava şəraitlərində taksidən istifadə etmək istəyərkən qarşılaşılan çətinliklər və s., oldu. Tərəfimizdən aparılan iş qısa zamanda faydasını verdi və şirkətin zəng mərkəzlərinə edilən zənglər 25% artım təşkil etdi.