UNIDEZ CENTER

2011-ci ildə dezinfeksiya, deratizasiya və dezinseksiya sahəsində xüsusi təhsilə malik olan mütəxəssis heyəti tərəfindən qurulan Unidez Center bizə müraciət edərək marka kimliyinin, korporativ stilinin və veb saytının yaradılmasını istədi. Öz növbəmizdə verilən tapşırığı tam peşəkarlıqla həyata keçirdik və Unidez Center də digər müştərilərimiz kimi məmnun müştərilər siyahısına əlavə olundu. Həmçinin bu haqqda Facemark.az saytında dərc olunan materialı da sizinlə bölüşürük: https://bit.ly/3nDPmBr

Loqoda istifadə edilən dezinfeksiyaedici element şirkətin əsas funksiyasını özündə əks etdirir. Bununla yanaşı texniki olaraq dezinfeksiya edilən bir yerdə yaranmış təmizliyi göstərmək üçün çiçək elementi istifadə edildi.