Bit ovçusu

Paranix bit əleyhinə dərman vasitəsidir. Həm sprey şəklində həm də maye formasında satılır. Rəqəmsal marketing kanallarını idarə etdiyimiz şirkət üçün interaktiv və daha sürətli yayıla biləcəyimiz bir oyun layihəsi hazırladıq. Oyuna məşhur "Ghostbusters" filmindən ilhamlanaraq "Bit ovçusu" adını qoyduq.

Oyun çox sadə prinripdən ibarət idi. Oyunda istifadə edilən bit obrazları Paranix brendinin kommunikasiya vasitələrində istifadə etdiyi illustrasiyalar idi. Belə ki, yuxarıdan gələn bitlər aşağıda baş olaraq əks olunmuş obyektin üzərinə düşmədən onları sprey ilə vurmaq lazım idi. Oyun can və vaxt əsaslı idi. Hər bir iştrakçinin bir oyun üçün 3 canı mövcud idi. Oyunda top siyahıya düşmək üçün verilən 60 saniyəni ən çox bit vurmaqla başa vurmaq lazım idi. Bizim haqqımızda Facemark.az portalında dərc olunan məqaləni də sizlərə təqdim edirik: https://bit.ly/39cMTFM