Hər bir məhsulun istehlakçılar üçün alış səbəbləri mövcuddur. Hələ ki, bu məhsul onların övladlarına xitab edəndə onlar daha diqqətli olmağa çalışırlar. Uşaq bezləri də bu kateqoriyadan olan məhsullardır. Uşaq bezlərində əsas diqqət edilən məqam ifraz edilən mayenin hopdurulma gücüdür. Leylək Uşaq Bezlərinin işlərini həyata keçirdiyimiz müddətdə bizim üçün ən kilid nöqtələrdən biri də yerli məhsula olan inamsızlıq idi. Biz hər bir kampaniyamızda həm insanlardakı bu streotipi qırmalı həm də keyfiyyətimizi çatdırmalıydıq. Aparılan testlərdə və ən əsası bizim bu testlərdə etdiyimiz müşahidələr buna əsas verirdi ki, Leylək markası xarici məhsullarla yarışa biləcək bir texniki xüsusiyyətə malikdir. Yuxarıda da vurğuladığımız kimi əsas üstünlüyümüz olan hopdurma məsələsini ön plana çıxarmağa qərar verdik. Reklam kampaniyasını hazırlayarkən biz istehlakçı tərəfindən daha güclü görülməli idik və bütün bunlar nəzərə alınaraq kampaniyamıza "İddia edirik!" vurğusu ilə başladıq və sonra əsas mesajımızı "Leylək uşaq bezləri 500 ml-ə qədər maye hopdurur!" dedik. Yuxarı da vurğuladığımız kimi biz hər bir istehsal etdiyimiz kampaniyada yerli brendə güvəni də vurğulamalıydıq. Bunun üçün körpəsi olan ailələrin də iştirakı ilə BTL aksiya keçirdik. Burda onların gözünün qarşısında iddia etdiyimiz nüansı test etdik və kampaniyamızı uğurla tamamladıq. Bu barədə Facemark.az portalının yazdığı məqaləni də təqdim edirik: https://bit.ly/3hDzMlC
© 2019 - MAXCREATIVE Bütün hüquqlar qorunur.