Leylək uşaq bezləri üçün maraqlı bir rəqəmsal brend aktivliyi etdik. Kreativin yaranması insanlar arasında məşhur olan bir sualdan ortaya çıxdı. Bu sual hansı ki, yetişkinlərin yeni bir uşaq gördükləri zaman onlarla daha dərin ünsiyyət qurmaq üçün istifadə etdikləri "Böyüyəndə kim olmaq istəyirsən?"dir. Və hər bir valideyn övladının suala verdiyi cavabdan həzz alır. Övladının hədəfini görmək hər bir valideynin motivasiyasıdır. Burdan yola çıxaraq "Uşağınız kim olacaq?" kreativini yaratdıq. Övladı olan valideynlər Leylək rəsmi facebook səhifəsindən daxil olaraq tətbiqetməyə keçid edir və onlara ünvanlanan suallara cavab verərək nəticədə övladının kim olacağı haqqında informasiyaya sahib olurdur. Və bu metodu istifadə edəcəyimiz zaman valideynlərin nəticələri böyük bir həvəslə paylaşacağına əmin idik və bunu bacardıq. Beləliklə yenə də belə bir maraqlı brend aktivliyi edərək ölkədə həm brend həm də agentliyimizin adını zirvələrə yazdırdıq. Bu layihə haqqında Mak.az platforması yazdı: https://bit.ly/3zg1k6B
© 2019 - MAXCREATIVE Bütün hüquqlar qorunur.