RF şirkəti vasitəsilə istehlakçılara “Sizi artıq xərcdən qurtarırıq” dedik. Kampaniyanın əsas hədəfi şirkətin iç dizayn ilə bağlı sifarişlərini artırmaq idi. Kampaniya kreativini hazırlamdan öncə araşdırma mərhələsi keçirildi və ev təmir etdirən insanların dizayn xidməti almamalarındakı əsas səbəb kimi bu işin özlərinin də öhdəsindən gələ biləcəklərini düşünmələridir qənaətinə gəldik. Düşüncələri bu idi ki, internetdə kifayət qədər dizayn mənbəyi mövcuddur və bu vasitələrə baxaraq evi dizayn etmək mümkündür, bu xidməti alıb niyə əlavə pul ödənilsin. Bu fikir ilə yanaşılan layihələrin isə nəticədə heç də uğurlu olmadığını və hətda planlaşdırılan məbləğdən daha çox xərcləyərək nəticə əldə etdiklərini bəzən heç nəticə belə olmadığı yönündə idi. Artıq biz qərarımızı vermişdik. Mövzunu hər kəs işini peşəkara həvalə edərsə xərcləyəcəyi pula yox alacağı nəticənin ona qazandıracağına baxmalı idi dedik və kampaniya sloqanı olaraq “Sizi artıq xərcdən qurtarırıq” olaraq qərarlaşdırdıq. Çünki nəticədə peşəkar yanaşma edilməyən işlərdə daha çox pul xərclənir və bu mesajın yerinə çatacağı ehtimalı böyük idi. Kampaniya müddətində RF şirkətinə güvənən insanların hekayələrini video sujetlər formasında hazırladıq. Sosial media kanalları üçün kampaniya strategiyasını parçalayaraq müxtəlif kontentlər hazırladıq. Həmçinin lead toplamaq və remarketing alətini istifadə edə biləcəyimiz kampaniya landingi hazırladıq.
Kampaniya müddətində RF şirkətinə güvənən insanların hekayələrini video sujetlər formasında hazırladıq. Sosial media kanalları üçün kampaniya strategiyasını parçalayaraq müxtəlif kontentlər hazırladıq. Həmçinin lead toplamaq və remarketing alətini istifadə edə biləcəyimiz kampaniya landingi hazırladıq.
© 2019 - MAXCREATIVE Bütün hüquqlar qorunur.